Nazir müavini koronanın yeni ştammlarından danışdı

18 Dekabr 2021 21:51    364 Baxış   
Nazir müavini koronanın yeni ştammlarından danışdı

Təəssüf ki, koronavirus infeksiyası tez-tez mutasiyaya uğrayır və bu da virusun xüsusiyyətidir. Nəticədə yeni ştamlar yaranır. Həmin ştamlara yoluxarkən yeni müxtəlif kliniki gedişata malik olan xəstəlik öz xüsusiyyətini dəyişir və bununla bağlı görülən tibbi tədbirlər dəyişmiş ola bilir.

Dominant.az xəbər verir ki, bunu səhiyyə nazirinin birinci müavini, səhiyyə naziri vəzifəsini müvəqqəti icra edən Teymur Musayev deyib.

O qeyd edib ki, COVİD-19 xəstəliyinin diaqnostikasında qızıl standart kimi qəbul edilmiş PCR üsulu ilə qısa müddətdə sırf bu diaqnostika üçün hazırlanan 50-dən çox laboratoriya işə salınıb və mövcud olan şəbəkəyə qoşulub:

“Həmin laboratoriyalar sırf mərkəzi iri şəhərlərdə deyil, bütün regionlarda fəaliyyət göstərirlər. “Yeni klinika” və modul tipli xəstəxanaların əks-pandemik tədbirlərə cəlb olunması onu göstərdi ki, ölkə başçısının yeritdiyi səhiyyə siyasəti və həmin siyasətin mərkəzində duran Azərbaycan vətəndaşının sağlamlığının qorunmasıdır”.

(axar.az)



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar