“Azəriqaz”ın baş direktoru Ruslan Əliyev canlı bağlantıda biabır oldu

22 Yanvar 2021 16:56    493 Baxış   
“Azəriqaz”ın baş direktoru Ruslan Əliyev canlı bağlantıda biabır oldu

Bu gün “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev facebook üzərindən canlı bağlantı quraraq abonentlərin suallarını cavablandırıb.

Bağlantı zamanı yüzərlə insan baş direktoru tənqid edib. Belə ki, paytaxtda və bölgələrdən olan izləyicilər yaşadığı ərazidə qazın olmaması və yaxud aşağı təziqlə verilməsində şikayətləniblər. Ruslan Əliyev isə sualları oxuyaraq cavab vermək əvəzində müxtəlif bəhanələr gətirərək suallardan yayınıb.

Canlı bağlantı zamanı şikayətlərin çoxluq təşkil edildiyini görən qurumda çalışan admin heyəti dərhal şikayət məzmunlu verilən sualların silinməsi prosesi həyata keçiriblər.

Bu hal bir necə dəfə təkrar olunsada abonentlər təkrar suallarını yazıb göndəriblər.

Baş direktor bu şikayətlərin qarşısında açız qalaraq dərhal masa üzərində hazırlanmış şikayət məzmunu olmayan ancaq təklifləri səsləndirməyə başlayıb və cavablandırıb. Daha sonra isə şikayətlərin çoxluğu və müxtəlif ərazilərdən yazılmasını görən Ruslan Əliyev cablı bağlantını dayandırıb şikayətlərin daha sonra oxunub cavablandıracağını bildirb.

Canlı bağlantı zamanı yüzlərlə abonent qazın verilməməsi və yaxud zəif təziqlə verilməsi ilə bağlı şikayətləniblər, və bildirblər ki “Azəriqaz”ın qaynar qəttinə zəng etməklərinə baxmayaraq heç bir tədbir görülmür.

ATİA.AZ



Bölməyə aid digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar